Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qida təhlükəsizliyi mütəxəssisləri İmişli Kəllə Qənd Zavodunda monitorinq apardılar
Qida təhlükəsizliyi mütəxəssisləri İmişli Kəllə Qənd Zavodunda monitorinq apardılar

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov və Sağlam Qida sahəsində peşəkar araşdırmaçı Məhsəti Hüseynova daxili bazarda satışa çıxarılan kəllə qənd məhsullarının istehsal səviyyəsinin araşdırılması və keyfiyyət parametrlərinin yoxlanılması məqsədilə ölkəmizdə fəaliyyət göstərən istehsal müəssisələrinə baş çəkiblər. Ziyarət edilən müəssisələr arasında “Azərşəkər” markasının istehsal edildiyi İmişlidə yerləşən Kəllə Qənd Zavodu da olub.

İmişli Kəllə Qənd Zavodu İmişli Kəllə Qənd Zavodu

Zavodda keçirilən görüşdə mütəxəssislər bazarda mövcud olan keyfiyyətsiz qənd məhsulları ilə bağlı çox narahatlıq keçirdiklərini bildirdilər. Onların bildirdiklərinə görə müəssisəni ziyarət etməkdə əsas məqsədləri qənd məhsullarının keyfiyyəti ilə bağlı onlara istehlakçılar tərəfindən bir çox sorğuların və zənglərin gəlməsidir. Buna səbəb də bir çox kiçik sexlərin qəndləri süni ağartmaq məqsədilə zərərli üsullardan istifadə etməsidir. Xüsusilə qəndin ağardılması üçün bəzi sexlərin istifadə etdiyi blankit (ağardıcı maddə) kanserogen maddələr siyahısındadır. Blankitin miqdarı normadan artıq olduqda insan sağlamlığında proqnozlaşdırıla bilməyəcək qədər təhlükə törədir. Bu maddə kükürd tərkiblidir və insan sağlamlığna zərər gətirən, xüsusən, də madə-bağırsaq fəaliyyətini pozan, xərçəng xəstəliyinə səbəb olan bir maddədir.

Ölkədə sağlam qənd məhsul istehsalının monitorinqi məqsədilə bu kimi suallara cavab tapmaq üçün sözü gedən mütəxəssislər ölkədə rəsmi şəkildə fəaliyyət göstərən və böyük istehsal gücünə sahib olan İmişli Kəllə Qənd zavodunda istehsal prosesini əvvəldən axıra qədər müşahidə etdilər. Müşahidə zamanı “Azərşəkər” kəllə qənd məhsullarının zavodda müxtəlif mərhələlərlə emal prosesləri: əritmə, bişirmə, qəliblərə dolum, qurutma, doğrama, ələnmə və qablaşdırma prosesləri izlənildi. Aparılan müşahidələrə görə zavodda kəllə qənd bişirimi vakuum mühiti altında olduğu üçün burada hər hansı yanma, saralma baş vermir. Sentrafuqa qurğusu ilə mərkəzdənqaçma qüvvəsi sayəsində ağartmanın daha şəffaf olmasına nail olunur, heç bir kimyəvi qatqıdan, zərərli maddələrdən istifadə olunmur, məhsul tam təbii yolla istehsal olunur. Məhsulun mənşəyi yüksək keyfiyyətli şəkər çuğundurudur. İmişli Şəkər zavodunun istehsal prosesində insan faktoru nisbətən aşağı olmaqla zavodda tam avtomatlaşdırılmış bir sistem fəaliyyət göstərir.

Qida təhlükəsizliyi mütəxəssisləri İmişli Kəllə Qənd Zavodunda monitorinq apardılar

Xam məhsulun qəbulundan hazır məhsulun qablaşdırilmasına qədər bütün emal prosesləri operatorlar tərəfindən izlənərək reallaşdırılır. Müvafiq nümunəçilər laboratoriyada qənd nümunələrini müntəzəm yoxlayır və istehsala uyğunluğu ilə bağlı öz rəylərini bildirirlər.

Zavodu ziyarət edən mütəxəssislər daha sonra zavodda qəndin doğranması və qablaşdırılması prosesləri ilə tanış olub hazır məhsul anbarlarında məhsulun saxlanılması şəraitini də yaxından izləyiblər. Müəssisədə müşahidələrini tamamlayan AİB-nin sədri Eyyub Hüseynov və sağlam qida mütəxəssisi Məhsəti Hüseynova zavodda gördükləri istehsal prosesini və hazırlanan məhsulların yüksək keyfiyyətli olduğunu təsdiq ediblər.

Qida təhlükəsizliyi mütəxəssisləri İmişli Kəllə Qənd Zavodunda monitorinq apardılar

Daha sonra zavodun yerləşdiyi rayonun mağazalarında həyata keçirilən reydlər zamanı sözü gedən mütəxəssislər istehlakçılarla sorğu keçiriblər. Sorğu nəticəsində alıcıların qənd məhsullarını alarkən əsasən nələrə diqqət etdikləri öyrənilib və onlara qida təhlükəsizliyi baxımından məhsul seçimində qiymətlərlə yanaşı keyfiyyət dəyərlərinə də əhəmiyyət verilməsi tövsiyə olunub. Bununla yanaşı, mütəxəssislər həmin mağazalardan analiz edilməsi üçün müxtəlif qənd çeşidləri də əldə edərək öz müşahidələri ilə birgə analizlərin nəticələrini ictimaiyyətə müxtəlif media kanalları üzrə təqdim edəcəklərini bildiriblər.

Paylaş »
››› Bayden çoxdan gözlənilən qərarı verdi: Rusiya ordusunu çətin günlər gözləyir
››› Putinin yaxın adamı "satdı", Ukraynanın keçmiş prezidenti sərhəddə saxlanıldı
››› "Rusiya gəmilərini “Harpun”la vuracağıq və buğda ixracı bərpa olunacaq"
››› Bayden yenə Putinin ünvanına sərt sözlər səsləndirib
››› Putinin heç vaxt olmayan "oğlu": "Ukrayna bitdi"
››› "Gizli referendum" haqda açıq söhbət
››› ABŞ və Avropa razılaşa bilmir: Müharibədə kim qalib gəlsin...
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »