Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onlayn Həcc ziyarətinə ilahiyyatçıdan etiraz
Onlayn Həcc ziyarətinə ilahiyyatçıdan etiraz

Həyatımızın ayrılmaz hissəsinə çevrilən “Metaverse” indi də virutal olaraq Məkkənin və Mədinənin məscidlərini ziyarət etməyə imkan yaradacaq. Belə ki, milyonlarla müsəlmanın zəvvar olaraq hər il ziyarət etdiyi müqəddəs torpaqlar “Metakainat” üçün açılıb.

Ümmul-Kurra Universiteti ilə Sərgilər və Muzey İşləri idarəsinin bu ortaq layihəsi əsasında insanlar evlərindən çıxmadan Məkkə və Mədinədəki məscidləri ziyarət edə biləcəklər. Layihə rəhbərləri sözügedən virtual ziyarətin təkcə görmə və eşitməkdən ibarət olmayacağını, toxunuşları və qoxuları da hiss edəcəyimizi bildirirlər.

İlahiyyatçı Ağa Hacıbəyli məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, dünyanın əcaib bir tərəqqi forması var. Onun sözlərinə görə, hər şey makinalaşır, robotlaşır, texnologiya böyük bir vüsətlə inkişaf edir, amma təəssüf ki, mənəvi dəyərlər tənəzzülə məruz qalır.

İlahiyyatçı Ağa Hacıbəyli İlahiyyatçı Ağa Hacıbəyli

Bu cür anlayış və qavrayışlar içərisində ibadətlər insanın lazım olacaq şəxsiyyətə, əxlaqi dəyərlərə çatdırmayacaq. Çünki canlı-canlı bu hissləri yaşamaq, Kəbəni ziyarət, təvaf etmək, “Zəm-zəm”dən su içmək, şeytana daş atmaq və s. bu kimi ibadətləri insanın ruhən, mənən yerinə yetirməsi var ikən, onu çox-çox uzaqlara götürmək, sanal dünyada ora getmiş kimi gerçəkləşdirməyə çalışmaq insanları dindən, qiyamətdən, axirədən uzaq salmaq deməkdir.

Biz müsəlmanıq və Allah qarşısında vəzifələrimiz var. Onlardan biri də qılacağımız namazımızdır. Əgər bir insan ağır xəstə olasa, dinimiz ona demir ki, sən namazı tərk et, burax. Deyir ki, ayaq üstə dura bilmirsənsə, oturub, otura bilmirsənsə, uzanıb namaz qıl. Hətta hərəkət edə bilmirsənsə, gözlərinlə belə namaz qıla bilərsən.

Həcc, zəkat məsələsi isə qul haqlarıdır. Məsələn, bir insan xəyalında tutsun ki, mən malımın zəkatını vermişəm. Amma onun malının zəkatının təmizlənməyi, o pulun fəqir-füqaraya çatdırılmasıdır. Malın zəkatını o vaxt vermiş olur ki, onun malı fəqir-füqəranın evini sevindirsin, ailəsini şənləndirsin".

İlahiyyatçının sözlərinə görə, bu kimi məsələlərdə hər zaman təbii ki, daha orjinalı, daha obyektiv olanını tərcih etməliyik: “Hər şeyin təbiisi ən gözəlidir. İslam dinində elə fundamental dəyərlər var ki, min illər bundan öncə nə qədər dəyərli idisə, min illər bundan sonra da dəyərli olacaq. Bunun üçün də bu sanal dünya vasitəsi ilə həcc ziyarəti yerinə yetirilə bilməz. Müəyyən şeylər var ki, onları canlı-canlı yerinə yetirmək daha gözəldir nəyin ki, niyyət etməklə, uzaqdan-uzağa “mən hacı, məşədi oldum” deməklə”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »