Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kosmos səyahətinə özü gedə bilməyib, dostunu göndərib
Kosmos səyahətinə özü gedə bilməyib, dostunu göndərib

ABŞ pilotu Kayl Hippçen bildirib ki, İlon Maskın SpaceX şirkəti 2021-ci ilin sentyabrında ilk dəfə orbitə 4 “həvəskar astronavt” göndərilən kosmos səyahəti layihəsində ​​qaliblər arasında olsa da, artıq çəkisi səbəbindən diskvalifikasiya edilib.

Bizimyol.info xəbər verir ki, "Associated Press"ə danışan Delta Hava Yollarının pilotu Hippçen, 2021-ci ildə kosmos səyahətini qazandığını bildirən e-poçtu görəndə çox sevindiyini və spesifikasiya hissəsini kiçik hərflərlə yazılmış qaydaları oxuyanda vəziyyəti anladığını bildirib. Artıq kilolar onun kosmos səyahətinə əngəl olub.

Hippchen bildirib ki, onun çəkisi 150, kosmosa səyahət üçün yuxarı hədd isə 113 kiloqram qəbul edildiyi bildirilirdi.

6 ayda 37 kiloqram arıqlaya bilməyəcəyini düşünən 43 yaşlı amerikalı, haqqını 1990-cı illərdə təhsil aldığı "Embri-Riddl" Aviasiya Universitetində oxuyarkən bir otaqda qaldığı dostu Kris Sembroskiyə verib.

Hippçen Uzun müddət qohumlarından başqa heç kimlə bu məlumatı paylaşmayıb. 2020-ci ilin sentyabrında Floridada Kennedi Kosmos Mərkəzindən kosmosa göndərilmədən bir müddət əvvəl dostu Sembroskinin kosmos gəmisindəki telefondan ona zəng vurduğu və təşəkkürünü son dəfə çatdırdığı məlumatını paylaşdı.

Qeyd edək ki, 16 sentyabr 2021-ci ildə Floridanın Kennedi Kosmik Mərkəzindən "SpaceX" milyarder iş adamları Jared Isaacman, Hayley Arceneaux və Sian Proctor, habelə 42 nəfərlə birlikdə bütöv mülki ekipajla ilk dünya səyahətində iştirak edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »