Ötən gün Qırğızıstanın sərhəd xidməti Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışmanın başladığını elan edib.
Bizimyol.info xəbər verir ki, agentliyin məlumatına görə, Tacikistan tərəfi qumbaraatanlardan və minaatanlardan istifadə edib.
Münaqişəyə səbəb Qırğızıstanın İsfana və Batken şəhərlərini birləşdirən avtomobil yolunun tacik hərbçiləri tərəfindən bağlanması olub. Toqquşmalar bir neçə saat davam edib, yanvarın 28-də 01.00 radələrində iki ölkə nümayəndələri arasında aparılan danışıqlardan sonra atəşkəs əldə olunub.
“2022-ci il yanvarın 28-də saat 08.00-a olan məlumata görə, Qırğızıstan-Tacikistan dövlət sərhədinin Səmərqəndıq, Tort-Koço, Kok-Taş, Daxma, Koço-Boyu və digər ərazilərində vəziyyət stabil olaraq səciyyələndirilir”, - məlumatda bildirilir.
Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədi vaxtaşırı yerli sakinlərlə iki ölkənin sərhədçiləri arasında münaqişə zonasına çevrilir. Buna səbəb dövlətlər arasında sərhədin dəqiq müəyyən edilməsi mümkün olmayan ərazilərdir.
Bizimyol.info
Sputnik Kyrgyzstan опубликовал кадры с границы Таджикистана и Кыргызстана, слышна стрельба.
В погранслужбе Кыргызстана заявили, что основные перестрелки между пограничниками Кыргызстана и Таджикистана идут в местностях Торт-Кочо и Чыр-Добо. pic.twitter.com/ekLBFpYt0Z
— iribrussian (@iribrussian) January 27, 2022