Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Holokost qurbanlarının beynəlxalq anım günü ilə bağlı tədbir keçirildi
Holokost qurbanlarının beynəlxalq anım günü ilə bağlı tədbir keçirildi

Holokost qurbanlarının beynəlxalq anım gününü qeyd etmək üçün dövlət rəsmiləri, diplomatlar, tədqiqatçılar, həmçinin vətəndaş cəmiyyəti və media nümayəndələri antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə yollarını müzakirə etmək üçün ADA Universitetində bir araya gəlib.

Tədbiri BMT-nin Azərbaycandakı nümayəndəliyi, İsrail dövlətinin səfirliyi, Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, ADA Universiteti və Niderland Krallığının səfirliyi təşkil edib.

Açılış nitqlərindən sonra iştirakçılar Holokost faciəsindən qurtulmuş Lev Zaxaroviç Şvartsın hekayəsini dinləyə biləcəklər. Əslən Ukraynadan olan, hazırda isə Bakıda yaşayan Şvarz Nasist Almaniyasının tamamilə yox etdiyi 3 min nəfərdən ibarət yəhudi icmasının hekayəsini danışacaq. Ailəsi Holokost dəhşəti ilə üzləşsə də özü möcüzə nəticəsində ölümdən xilas ola bilib.

Panel müzakirəsində hökumətə bağlı tədqiqat mərkəzi, Milli Məclis və vətəndaş cəmiyyəti təmsilçiləri antisemitizm, ksenofobiya və irqçilik meyllərinin törətdiyi təhlükələrə nəzər yetirəcək, habelə Beynəlxalq Holokostu Anma İttifaqının antisemitizmə dair bəyanatının qəbul olunması da daxil olmaqla bu kimi zərərli cərəyanlara qarşı görüləcək mümkün mübarizə tədbirlərinə dair fikir mübadiləsi aparacaqlar.

Tədbir “Anım Mühafizəçiləri” təşəbbüsü və Şvartsın hekayəsini gələcək nəsillərə ötürəcək insanların təqdim olunması ilə yekunlaşacaq.

Holokost qurbanlarının beynəlxalq anım günü ilə bağlı tədbir keçirildi

Holokost Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə BMT-nin Azərbaycandakı Nümayəndəliyi, BMT-nin Holokosta dair Təşviqat Proqramı, İsrail dövləti və Niderland Krallığının Azərbaycandakı səfirlikləri yanvarın 24-dən 30-dək sosial media kampaniyası həyata keçirir. Kampaniyada Azərbaycandan olan yeddi məşhur şəxs Anna Frankın gündəliyindən bir dəqiqəlik hissəni səsləndirib. Həmin videolara diplomatik nümayəndəliklərin sosial media səhifələrində baxmaq mümkündür.

Paylaş »
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
››› "Keçmiş nazirin qohumuna indi də “gözün üstə qaşın var” deyən yoxdur"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »