Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində

Türkiyənin ilk kəşfiyyat gəmisi TCG Ufuk, prezident Ərdoğanın da iştirak etdiyi mərasimdə dənizə buraxıldı. Bu xəbər dünyanın aparıcı hərbi müdafiə üzrə nəşrlərində geniş işıqlandırıldı. Türkiyənin bu sahədə ilk 10 ölkə sırasına daxil olduğu bildirildi.

Bizimyol.info ASESLAN-a istinadən xəbər verir ki, Türkiyənin ilk TCG “üfüq” kəşfiyyat gəmisi, milli və yerli avadanlıqları ilə ingilisləri, fransızları və çinliləri qısqanmağa məcbur etdi.

İngiltərənin Jane's Defence, "TCG Ufuk gəmisi sərt iqlim və dəniz şəraitində açıq dənizdə 45 gün tapşırığı yerinə yetirə bilər" deyərkən, Çinin Xinhua rəsmi xəbər agentliyi, "Türkiyə belə bir gəmiyə sahib dünyanın 10 ölkəsindən biri oldu" ifadələrinə yer verdi. Fransanın Navalnews nəşri isə, gəminin texniki xüsusiyyətlərinə diqqət yetirmişdir.

Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə dənizə buraxılan TCG Ufuk gəmisinin komanda idarəetmə, elektronika, sınaq və təlim sistemi avadanlıqlarını Aselsan yerinə yetirmişdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »