Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Necip Hablemitoğlunun həyat yoldaşından diqqətçəkən paylaşım
Necip Hablemitoğlunun həyat yoldaşından diqqətçəkən paylaşım

Türkiyə prezidenti Tayyib Ərdoğan dünən axşam saatlarında qatıldığı canlı yayımda 2002-ci ildə sui-qəsd nəticəsində öldürülən tarixçi Necip Hablemitoğlunun qətli ilə bağlı kritik məlumatları ilk dəfə ictimaiyyətlə paylaşıb.

O, qətl şübhəlisi Nuri Gökhan Bozkırın MİT tərəfindən Ukraynada tapılaraq Türkiyəyə gətirildiyini açıqlayıb və “Hablemitoğlunun qətlində şübhəli bilinən şəxs ölkəmizin məhkəmə sistemi qarşısında cavab verir” deyə bildirib.

Bizimyol.info xəbər verir ki, tədbirin əks-sədalarının davam etdiyi vaxtda Necip Hablemitoğlunun həyat yoldaşı Şengül Hablemitoğlu diqqətçəkən paylaşım edib.

"Həyatımızı itirdik və təsəvvür belə edə bilməyəcəyiniz çətin 20 ili başa vurduq. Ədalətə və dövlətə olan inamımızı itirdik. Bundan başqa? nə ailəmizə, nə də özümüzə heç bir şey bildirilmədi. Prosesdən, nələrdən keçdiyimizdən xəbərsiz ola bilməzsiniz”,- deyə paylaşımda qeyd edilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »