Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bürclərin qida mədəniyyəti: Kim hansı yeməyə üstünlük verir
Bürclərin qida mədəniyyəti: Kim hansı yeməyə üstünlük verir

Bəzilərimiz yeməyi sevirik, bəzilərimiz artıq çəkilərimizdən şikayət edib, daha az yeyirik, bəzilərimiz isə, artıq çəkimiz olsa belə, yeməkdən vaz keçə bilmirik. Bu da xüsusiyyətimiz də bücrümüzlə əlaqəli imiş.

Necə biri olduğumuzu, hansı bürcdən olduğumuzu yeməyimizə, qida rasionumuza nəzərə salmaqla müəyyən etmək olur. Sağlam qidalanma və qida seçimləri, fiziki və zehni sağlamlığı qorumaq üçün çöx önəmlidir.

Qoç bürcü

Qoç bürcü ehtiraslı bir şəxsiyyətə sahibdir. Spontan hyat tərzinə üstünlük verən Qoçlar hər zaman yeniliklərə açıq olur. Qoçlar steyk və toyuq əti yeməklərinə daha çox üstünlük verir. Ancaq Qoçların bu seçimləri hər zaman sabit deyil. Getdikləri ölkələrdə yeni dadlarla zövqləri bir anda dəyişə bilər.

Buğa bürcü

İnadkar olan Buğalar yemək mövzusunda şəfqətli və comərd olurlar. Dostları və ya ailə üzvləri ilə eyni masa arxasında yeyilən yeməyi heç nə əvəz edə bilməz. Yeməyin yaxşısını seçməyi bacarırlar. Buğalar hər zaman mədələri doyana qədər yeyər. Ət yeməklərini çox sevərlər.

Əkizlər bürcü

Əkizlər bürcü həyatında balans qurmağı bacarır. Pəhriz və idman bu balansa daxildir. Az yağlı və souslu tərəvəz yeməklərini sevirlər. Meyvə Əkizlərin ən çox sevdiyi qida məhsuludur. Onlar üçün gözəl görünmək sağlam qidalanmadan keçir. Bu səbəbdən də Əkizlər bürcü altında doğulanlar yemək üçün yaşamırlar, yaşamaq üçün yeyirlər.

Xərçəng bürcü

Xərçənglər ailə ilə birlikdə olan yeməkləri sevərlər. Onların qida rasionunda klassik yeməklər, suplar və ət yeməkləri yer alır. Xərçənglər çox iştahlı olurlar. Onlar da mədələri dolana qədər yeyən qrupa aiddir.

Şir bürcü

Şir bürcü altında doğulan insanlar keyfiyyət insanı olurlar. Buna görə də yemək seçən zaman da keyfiyyətə üstünlük verirlər. Əvəzedilməz bir axşam yeməyi üçün ən yaxşı yeri axtararlar. Beş ulduzlu yeməklər üçün mübarizə aparır Şir bürcü. Çörək arası yeməkıər onlara görə deyil. Qısassı, Şir bürcünün nə yediyindən çox nə yemədiyi önəmlidir.

Qız bürcü

Qız bürcü altında doğulanlar da xarici görkəmlərinə önəm verirlər. Bu vəziyyət yemək yemə vərdişlərinə də təsir edə bilər. Qız bürcü altında doğulan insanlar çox çəki almazlar. Sağlam qidalanma və idman həyatlarının əsas hissəsini təşkil edir. Onlar daha çox təzə məhsullara, yağsız ət və vitamin dolu yeməklərə üstmülk verərlər. Qız bürcü yeəyin ləzzətinə deyil, kalorisinə fikir verər.

Tərəzi bürcü

Yedikləri yeməklərin təqdimatına daha çox diqqət edər Tərəzi. Sadə tost belə hazırlayan zaman göz oxşayan detallar əlavə edərlər. Sosial olan Tərəzilərdən tez-tez “harda nə yeyə bilərəm” deyə soruşulur. İki-üç inqridiyentlə tort belə bişirə bilən Tərəzi yeməklərin incəliklırini yaxşı bilir. Tərəzilər daha çox dəniz məhsullarını sevirlər.

Əqrəb bürcü

Normadan kənara çıxmağı sevməyən Əqrəblər yeni dadlara tərəddüdlə yanaşarlar. Bu günə qədər yemədisə, bundan sonra da yeməsi çətin məslədir. Adətən, ədviyyatlı yeməkləri sevərlər. Ən çox acı bibər, salat və steyki sevərlər.

Oxatan bürcü

Səyahət etməyi sevən, yeni mədəniyyətlərlə tanış olmağa can atan Oxatanlar yeməklə bağlı yeniliklərə açıq olurlar. Yeni bir dadı sınamağı sevirlər. Ekzotik mədəniyyətə üstünlük verdikləri üçün Meksika, Tayland, Yunanıstan yeməkləri onların favoritləri arasındadır.

Oğlaq bürcü

Oğlaqlar daha çox protein tərkibli yeməkləri sevərlər. Ət, touq və balığı çox xoşlayırlar. Bəzən istədikləri yeməyi tapmaq üçün saatlarla internetdə zaman keçirə bilərlər. Ac olduqları zaman hər hansı bir restorana daixl olub qarın doyurmazlar.

Dolça bürcü

Ətrafdakıların fikrinə önəm verən Dolçalar nə yediklərinə çox diqqət edərlər. Sağlam qidalanma və vegeterian yeməklərə çox üstünlük verərlər. Enerji ilə dolu olan Dolçalar bu enerjini itirməmək üçün qoz-fındır və quru meyvəyə çox önəm verərlər. Dolça üçün ləzzət almaqdan çox bir hədəfə istiqamətlənmiş yeməklər daha önəmlidir.

Balıq bürcü

Balıq bürcü insanları daha çox şirniyyata önəm verərlər. Şokolad, kremli şirniyatlar Balığın sevdiyi yeməklərdəndir. Yeməklərin təzə olmaısna çox önəm verərlər. Ən sevdiyi yeməklər arasında dəniz məhsulları ilk başda gəlir.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »