Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanışını qəsdən öldürənin cinayət işi məhkəməyə göndərilib
Tanışını qəsdən öldürənin cinayət işi məhkəməyə göndərilib

09.10.2021-ci il tarixdə Qəbələ rayonu, Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun yaşadığı kəndin yaxınlığında qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı, Qəbələ rayonu Uludaş kənd sakini 2003-cü il il təvəllüdlü Kənan Mustafayevin əvvəllər şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar qisas almaq məqsədilə Sənur Ağahüseynovla görüşərək özü ilə gətirdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Kənan Mustafayevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Son xəbərlər
Bütün xəbərlər »