Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev Nazarbayevin daha bir qohumunu işdən çıxarıb
Tokayev Nazarbayevin daha bir qohumunu işdən çıxarıb

Qazaxıstanda gərginlik nəzərəçarpan dərəcədə azalıb. Prezident Kasım-Jomart Tokayevin təkhamiyyətliliyi tam bərqərar etdiyini demək olar. Keçmiş dövlət başçısı Nursultan Nazarbayev sıradan çıxarılıb. Müstəqil media onun xalqa müraciətində hamını inandırmağa çalışdığı kimi, Qazaxıstanda yox, xaricdə olduğunu bildirir. Tokayev isə Nazarbayevin adamlarını işdən çıxarmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, Qazaxıstanın ilk prezidentinin qohumları bir-birinin ardınca vəzifədən uzaqlaşdırılır. Bu dəfə Mərkəzi Seçki Komissiyasının rəhbəri işini itirib. Nazarbayevin qohumu olan Berik İmaşev istefaya göndərilib. Onun qızı Aida İmaşevanın keçmiş prezidentin nəvəsi Nurəli Əliyevin həyat yoldaşı olması həlledici rol oynayıb.

Qazaxıstanda ilin əvvəlində etiraz aksiyaları keçirilməyə başlanmışdı. Onda baş verənlər xalqın haqq səsini ucaltması kimi qiymətləndirilirdi. Zamanla daşlar yerinə oturdu, hadisələrin gerçək mahiyyətin bilindi. Proses daha çox Tokayevin Nazarbayevi sıradan çıxması şəklini almağa başladı. Qazaxıstanın ilk prezidenti uzun müddət üzə çıxmadı. Sonradan Nazarbayev xalqa müraciət edərək Nur-Sultanda olduğunu, heç yerə getmədiyi bildirdi. Halbuki yanvarın 18-də baş tutan çıxış zamanı arxa fondakı divar naxışları videonun Qazaxıstanın Moskvadakı səfirliyində çəkildiyini göstərirdi.

İndi Orta Asiya ölkəsində nə baş verir? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, xüsusilə Rusiya ordusunun köməyi ilə hakimiyyətini möhkəmləndirən Tokayev Nazarbayevin yaxınlarını sıra ilə işsiz qoyur. Dövlət başçısı açıq mətnlə deyir ki, ölkənin sərvətlərinin böyük hissəsi əvvəlki rəhbərliyə yaxın oliqarxların əlində cəmləşib. Tokayev Nazarbayevin ardıcıl olaraq üç kürəkənini istefaya göndərib. Bundan başqa, Təhlükəsizlik Şurasının keçmiş rəhbərinin qardaşının oğlu da Milli Təhlükəsizlik Komitəsindəki vəzifəsindən kənarlaşdırılıb.

Tokayev müxtəlif istiqamətlərdən həmlə edir. O, Nazarbayev fondunun xərclərinin təftiş edilməsi ilə bağlı tapşırıq verib. Keçmiş prezidentin bütün qohumları Qazaxıstanı tərk edib. Onun qardaşı Bolat Nazarbayev bir neçə gün əvvəl Qırğızıstana keçməyi bacarmışdı.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »