Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
Azərbaycanda onlayn nəzir vermək mümkün olacaq. Belə ki, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Yəni, artıq Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcəklər. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcəklər.

İlahiyyatçı Elşad Miri məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu qaydalar əslində dünyanın hər yerində var.

Elşad Miri Elşad Miri

“Məsələn, Qazaxlstanda məscidlərdə ATM kimi aparatlar quraşdırılıb və üstünə yazılıb ki, “Sədəqə”, “Zəkatmatik” və s. O aparatlar vasitəsi ilə nəzirlər online formada ödənilir. Online olduğu zaman bunu nəzarətdə də saxlamaq, hara yönləndirildiyinin hesabatını vermək olur. Digər formada isə bu, insanların öz vicdanlarına qalır.

Türkiyənin özündə də məscidlərin dərnəkləri olur və orada siz nəzir, sədəqə verdiyiniz zaman sizə rəsmi şəkildə mədaxil qəbzi verirlər. Digəri isə özlərində qalır. Sabah onlar həmin mədaxil qəbzlərinə uyğun olaraq, yığılan pullarla bağlı Vakflar Genel Başkanlığına hesabat verirlər.

Bu gün dünyada müxtəlif qurumlar var ki, onlara sayt vasitəsi ilə yardım edirsiniz. Hətta bu gün “Youtube”da da “qatıl” düyməsi olur və siz ora basan zaman həmin insanlara dəstək ola bilirsiniz. Yəni, bu, dünyanın hər yerində olan sistemdir. Sadəcə bizimkilər indi-indi etmək istəyirlər.

Bunu etməkdə QMİ-nin indiyə qədər mövcud olan, ianə adı ilə vergidən azad olan, hesabatı olmayan bir məsələyə rahatlıqla nəzarət olunacaq. Eyni zamanda bu sistemin şəffaf olacağına ümid edirəm. Çünki əsas məqsəd bu olmalıdır. Həmin o pulların qəpiyinə qədər hesabatı verilməlidir ki, hara, necə və nə məqsədlə xərclənir. Çünki kimsə götürüb, öz istədiyi kimi xərcləyə bilməz”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »