Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya Yapon dənizinə daha iki raket atıb
Şimali Koreya Yapon dənizinə daha iki raket atıb

Şimali Koreya Yapon dənizinə doğru iki raket atıb.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Cənubi Koreya ordusuna istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Hərbçilərin ehtimalına görə, mərmilər qısa mənzilli raketlərdir. Agentliyin məlumatına görə, buraxılış Hamqyonqnamdo əyalətində həyata keçirilib.

İndiyə qədər bir mərmi buraxıldığını bildirən "Kyodo" agentliyinin məlumatına görə, o, Yapon dənizindəki eksklüziv iqtisadi zonasından kənara düşüb.

Əgər buraxılış məlumatları təsdiqlənərsə, bu, ilin əvvəlindən bəri atılan sayca altıncı raket olacaq. Bu ayın əvvəlində Şimali Koreya taktiki idarə olunan raketləri və dəmir yolu raket sistemini, həmçinin havaya qalxdıqdan sonra manevr edə bilən hipersəs raketlərini sınaqdan keçirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »