Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur
Kremli ağır günlər gözləyir: Avropa Rusiyadan qaz asılılığına son qoyur

Avropa Ukraynanı Rusiya ilə gərginlik zamanı yetərincə müdafiə edə bilmir. Yalnız Böyük Britaniya aşkar dəstək nümayiş etdirir. Çünki Avropa Rusiya qazından asılılıq reallığı ilə üz-üzə qalıb.

Bizimyol.info xəbər verir ki, köhnə qitə qışı ciddi problemlərlə keçirir. Qaz anbarlarının ümumi tutumunun yalnız 72 faizi dolmuşdu. Rusiya qazı olmasa, hələ də vəzifənin öhdəsindən tam gəlmək olmur. Bunun nəticəsidir ki, Almaniya Ukraynaya ciddi dəstək göstərmir.

İndi Avropanın Rusiya qazı asılılığından qurtulmağın yolunu tapdığını demək olar. Daha doğrusu, Avstraliyanın təklifi buna şərait yaradır. Ada ölkə Avropaya kömək etməyə hazırdır. Avstraliyanın təbii və su resursları naziri Kit Pitt köhnə qitəyə göndərilən sıxılmış qazın həcmini artırmaq imkanından danışıb. Onun sözlərinə görə, bunun üçün Rusiayadan idxalı azaltmaq lazımdır.

Avstraliya 2021-ci ilin sonunda Avropaya qaz nəqlinə başlayıb. Ada ölkə Asiya-Sakit okean bölgəsində etibarlı təchizatçı imici qazanır. Avropa məhz Avstraliyanın köməyi ilə Rusiya qazı asılılığından canını böyük mənada qurtara bilər.

ABŞ bir müddətdir Kremli cəzalandırmaq üçün Avropaya qaz təchizatçısı axtarışındadır. Bunun üçün bir çox ölkələr və şirkətlərlə danışıqlar aparılır. Əsas bu qışı çıxmaqdır. ABŞ hətta Qətəri də yola gətirməyə çalışır. Çünki Vaşinqton sanksiyalara hazırlaşır. Moskva isə buna cavab olaraq Avropa İttifaqına qaz nəqlini dayandıracaq. Hər halda, bu ehtimal çox böyükdür.

Rusiya-Ukrayna savaşı hər an başlaya bilər. ABŞ vətəndaşlarını Ukraynanı təcili tərk etməyə çağırıb. Rublun dəyəri sürətlə aşağı düşməyə başlayıb. Müharibənin başlaması qaz bazarına təsirsiz ötüşməyəcək. Dərhal sanksiyalar gələcək. Rusiya cavab həmləsi endirəcək. Qərb bu ssenari üzərində ciddi düşünür. Ümumiyyətlə, Rusiya ilə münasibətlərin gələcəyi qaranlıq görünür. Qaz asılılığı Kremlə qətiyyətli açıqlamalar səsləndirmək cəsarəti verir. Qərb oyun qaydalarını birdəfəlik dəyişmək istəyir.

Aytən, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »