Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”
Medvedev: Geri çəkilməyə yer yoxdur, “arxada Moskvadır”

"Şimali Atlantika Alyansı şərqə doğru genişlənməmək barədə əvvəlki vədlərinə əməl etməyib, əksinə, indi birbaşa Rusiya sərhədlərinə doğru irəliləyib".

Bizimyol.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkə mətbuatına müsahibəsində bildirib.

“Onlar NATO-nu genişləndirməyəcəklərinə söz verdilər, vədlərinə əməl etmədilər. Deyirlər: “Biz heç nəyə imza atmamışıq”. Amma belə vədlər, belə təminatlar verilib, bəllidir, nə vaxt və kimin tərəfindən verildiyi bəllidir”, - deyə Medvedev bildirib.

"Deyək ki, keçmiş Sovet İttifaqı ərazisinə qədər irəliləməyəcəklərinə söz vermişdilərmi? Söz veriblər. İndi "filankəs elə dedi, filankəs bunu etmədi", deyərək verdikləri sözü yerinə yetirmirlər. Artıq düz sərhədlərimizə çatıblar", - deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğuladı.

Rusiyanın ABŞ və NATO üçün cavab verə bilməyəcəyi əks arqumentlərinin olub-olmaması sualına cavab olaraq Medvedev qeyd edib ki, məsələ, əlbəttə ki, əks arqumentlərdə deyil. "Təəssüf ki, geri çəkilmə imkanlarımız praktiki olaraq tükənib. Bilirsiniz, bu halda necə deyərlər, “arxada Moskvadır” və təhlükəsizliyin təminatı üçün artıq geri çəkilməyə yer yoxdur”, - deyə o əlavə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »