Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
QHT Agentliyinin rəhbərliyi Türkiyə Daxili İşlər Nazirliyində və digər qurumlarda görüşlər keçirib
QHT Agentliyinin rəhbərliyi Türkiyə Daxili İşlər Nazirliyində və digər qurumlarda görüşlər keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri davam edir.

Bu gün Agentlik rəsmiləri Türkiyə Daxili İşlər Nazirliyində, Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsində və Türkiyə Kızılay Cəmiyyətində olmuşlar.

İlk görüş Türkiyə Daxili işlər nazirinin müavini (vətəndaş cəmiyyəti təsisatları ilə iş üzrə) Mehmet Ersoy ilə keçirilib. Qonaqları salamlayan Mehmet Ersoy iki ölkə QHT-ləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Türkiyə Daxili İşlər Nazirliyi və QHT Agentliyi arasında əlaqələrin güclənməsinin vacibliyini qeyd edib.

Görüşdə Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlətin verdiyi dəstək, Türkiyə ilə bu sahədə əməkdaşlığın perspektivləri, gələcəkdə birgə tədbirlərin və layihələrin faydası haqqında fikirlərini bölüşüb.

QHT Agentliyinin rəhbərliyi Türkiyə Daxili İşlər Nazirliyində və digər qurumlarda görüşlər keçirib

Sonra Agentliyin rəhbərliyi Vətəndaş Cəmiyyəti ilə əlaqələr Baş İdarəsində olublar. İdarənin rəisi Erkan Kılıç, habelə qurumun rəhbər şəxsləri qonaqlara fəaliyyətləri barədə geniş təqdimat ediblər. Təqdimatda Baş İdarənin vəzifələri, QHT-lərə dövlət dəstəyi, Türkiyənin bütün ərazilərində QHT-lərlə işin təşkili, onların fəaliyyətinin əlaqələndirilməsi, QHT-lər üçün göstərilən xidmətlər və həyata keçirilən digər mühüm işlər haqqında məlumat verilib. Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Agentliyin icraçı direktoru Aygün Əliyeva Baş idarənin rəhbərliyinə təşəkkür edərək, Azərbaycanda və Türkiyədə QHT-lərlə işə məsul olan aidiyyəti qurumlar arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. Bu fəaliyyətin genişləndirilməsi üçün müştərək layihələrin və proqramların reallaşmasının iki ölkənin tarixi köklər üzərində inkişaf edən dostluq və qardaşlıq münasibətlərinə də müsbət töhfə verəcəyini bildirib.

QHT Agentliyinin rəhbərliyi Türkiyə Daxili İşlər Nazirliyində və digər qurumlarda görüşlər keçirib

Günün sonunda nümayəndə heyətinin Türkiyə Kızılay Cəmiyyətində görüşü keçirilib. Cəmiyyətin rəhbəri İbrahim Altan qonaqlara rəhbərlik etdiyi təşkilatın tarixi, iş prinsipi, layihə və proqramları, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Cəmiyyət Türkiyənin ən böyük ictimai təşkilatıdır.

Qeyd edək ki, səfər bir neçə gün davam edəcək.

Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »