Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tata Steel: Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə edib
Tata Steel: Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 37 yaşlı qrossmeyster X turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 8 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.

Son xəbərlər
Bütün xəbərlər »