Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma NATO-da öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bəyan edir
Roma NATO-da öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bəyan edir

İtaliya Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıdır. Lakin Roma NATO-nun qarşısının alınması strategiyası çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə müdafiə naziri Lorenzo Qerini bildirib.

“Biz Rusiya ilə açıq fikir mübadiləsi üçün istənilən səyləri və forumları dəstəkləyirik. Heç birimiz gərginliyi artırmaq istəmirik, əksinə, hamımız konstruktiv dialoqu davam etdirməyə və həyata keçirməyə ümid edirik. Lakin NATO daxilində də üzərimizdə olan öhdəlikləri layiqincə yerinə yetirməyə hazır”, - İtaliyanın hərbi departamentinin rəhbəri “la Repubblica” qəzetinə müsahibəsində bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »