Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uqanda Milli Parkında fil ərəb turisti tapdalayaraq öldürüb
Uqanda Milli Parkında fil ərəb turisti tapdalayaraq öldürüb

Fil Uqandanın şimal-qərbindəki milli parkda Səudiyyə Ərəbistanından olan turisti tapdalayaraq öldürüb.

Bizimyol.info xəbər verir ki, "İndependent"in verdiyi məlumata görə, hadisə Murçison şəlaləsi yaxınlığında baş verib.

Yerli təbiəti mühafizə orqanlarının nümayəndəsinin sözlərinə görə, parkda istirahət etmək istəyən 40 yaşlı turist, eləcə də onun üç yoldaşı fil sürüsünün hücumuna məruz qalıblar.

Digərləri qaçaraq ozlərini avtomobilə çatdırsalar da, mərhum Səid Elşahany xeyli aralıda olduğu üçün maşına çata bilməyib. Qəzəbli heyvan onu tapdalayaraq öldürüb.

"Murchison Falls" Milli Parkında icmanın mühafizəsi üzrə məsul nəzarətçi Vilson Kagoro, "məsələ ilə məşğuldurlar" deyərək, hadisənin təfərrüatları barədə açıqlama verməkdən imtina edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »