Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Robert Köçəryan Ermənistan prezidentliyinə namizəd olmayacaq
Robert Köçəryan Ermənistan prezidentliyinə namizəd olmayacaq

Ermənistanın keçmiş prezidenti, “Hayastan” müxalifət blokunun lideri Robert Köçəryan prezidentliyə namizədliyini irəli sürməyəcək.

Bizimyol.info xəbər verir ki, bunu “5-ci kanal”ın efirində “Hayastan” fraksiyasından olan deputat Aqnessa Xamoyan deyib.

Deputatın sözlərinə görə, hətta parlamentdə keçirilən brifinqlərdə də blokun nümayəndələri bu məsələ ilə bağlı müzakirələrin aparılmadığını, müvafiq olaraq qərarın verilmədiyini bildiriblər: “Amma sonra bəzi KİV-lər manipulyasiya xarakterli başlıqlarla yazılar dərc etdiblər, sonda məlum oldu ki, “Aystan” bloku guya Köçəryanın namizədliyini istisna etmir. Mövzu şişirdildiyi üçün deyəcəm ki, Robert Köçəryan prezidentliyə namizəd olmayacaq”, - deyə Xamoyan bildirib.

Xatırladaq ki, yanvarın 23-də prezident Armen Sarkisyan istefa verdiyini açıqlamışdı. Yeni dövlət başçısı parlament tərəfindən seçilməlidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »