Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank Respublika 2021-ci ildə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib!
Bank Respublika 2021-ci ildə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib!

Azərbaycanın aparıcı maliyyə qurumlarından biri olan Bank Respublika 2021-ci ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank dinamik inkişaf etməyə davam edərək bütün maliyyə göstəriciləri üzrə ciddi artım nümayiş etdirib və bazardakı lider mövqelərini möhkəmləndirib.

1 yanvar 2022-ci il tarixinə bankın aktivləri 1,2 milyard manatdan çox olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 25% artaraq 104,48 milyon manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 2 dəfədən çox üstələmişdir.

2021-ci illə müqayisədə Bankın xalis faiz mənffəti 25% artaraq 56,8 milyon manata, xalis mənfəəti isə 19,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədən çox çoxdur.

12 ayın nəticələrinə əsasən Bankın kredit və depozit portfelləri əhəmiyyətli dərəcədə artım göstərib. Belə ki, ötən illə müqayisədə Bankın kredit portfeli 65% artmışdır və verilən kreditlərin əsas hissəsi həm Bank həm də Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilmişdir. Bankın depozit portfeli 16,2% artmışdır ki, bu da müştərilərin banka olan inamının yüksək olduğunu növbəti dəfə nümayiş etdirib.

Bundan başqa, Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 8,12%, məcmu kapitalın adekvatlıq əmsalı isə 13,66% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,6 dəfə və 1,4 dəfə çoxdur.

“Bank, yüksək korporativ idarəetmə standartları və etibarlı risk idarəetmə sistemi sayəsində 2020-ci ildə risklərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirdi ki, bu da 2021-ci ildə həm kredit, həm də qeyri-kredit sahələrində əla maliyyə nəticələrinin əsasını təşkil etdi. Bankın bütün əməkdaşlarına peşəkarlıqlarına və səmərəli işlərinə görə, həmçinin tərəfdaşlarımıza və müştərilərimizə göstərdikləri dəstəyə və etimada görə təşəkkür edirəm. 2022-ci ildə biz innovativ məhsulların yaradılması və yeni rəqəmsal həllərin tətbiqi ilə real sektora xidmət sahəsində fəaliyyətimizi gücləndirməyi planlaşdırırıq” deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »