Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 192 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 640 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8 650 nəfər vəfat edib. 12 448 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 544, bu günə qədər isə ümumilikdə 6 094 493 test icra olunub.

Son xəbərlər
Bütün xəbərlər »