Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda səma görmək necə yozulur?
Yuxuda səma görmək necə yozulur?
Yuxular taleyimizi müəyyən edirmi? Bu sual tarix boyu insanları düşündürüb. Kimi arzulayıb ki, yuxuları çin olsun, kimi isə yuxularının həayata keçməməsi üçün dualar edib. Ümumiyyətlə isə, yuxular gün ərzində yorğun düşən beynin qəbul etdiyi informasiyaları qarmaşıq hala gətirməsidir. Yəni gün stresli keçibsə kabus, xoş keçibsə sevincli bir yuxu görərik.

Yuxuda səma görmək nə deməkdir?

Bu hər zaman insanların marağına səbəb olan bir yuxu olub. Məsələn, yuxuda göyüzünə qalxmaq uzun bir səyahətə işarədir.

  • Başının göyüzünə çatdığını görmək işlərində müvəffəqqiyəli olacağına, vəzifəsinin artacağının xəbərçisidir.
  • Göydən torpaq və qum yağdığını görmək xeyrə yozulur. Göydən od, əqrəb, ilan və daş yağdığını görmək həmin ərazi xalqına bəla gələcyindən xəbər verir.
  • Göyün qapılarını açıq şəkildə görmək duaların qəbul edilməsi deməkdir.

    Göyə nərdivanla çıxdığını görmək hökumət adamları arasına çatmaq deməkdir. Nərdivansız göy üzünə qalmaq isə təhlükəli yuxudur.

  • Özünü göyüzündə olduğunu görən şəxs cənnətə düşər.
  • Göydən yerə düşdüyünü görmək isə, pis bir xəbər deməkdir. Bu yuxunu görən şəxs məmur və ya dövlət adamıdırsa, işdən çıxarılacaq.
  • Göyüzünü qaranlıq buludlarla qapanmış görmək böyük bir qarışıqlığın işarəsidir.

    Özünə zərər vermədən buludların dağıldığını görmək isə, həmin qarışıqlıqdan zərər görməyəcəyinizdən xəbər verir.

  • Göyüzündə ulduzların bir-birinə qarışdığını görmək millətlər arası müharibədən xəbər verir.
  • Göyüzünə asılmış fənərlər alimlər və millətlərin rəhbərləridir. Bunlardan bir çoxunun söndüyünü görmək yer üzünə dəhşətli bir xəstəliyin gələcəyindən xəbər verir.
  • Göyüzünün parçalandığını görmək təbii bir fəlakətin xəbərçisidir.

Göyün rəngini:

  • ağ görmək, bərəkət,
  • yaşıl görmək, xeyir və bolluğa,
  • sarı görmək xəstəliyə,
  • qırmızı görmək müharibəyə,
  • qara görmək isə, qıtlıq və darlığa,
  • qızılı görmək isə çətinliklərdən başının ayrılmayacağına işarədir.

Yuxuda ulduzlu, sakit göyü üzü görmək isə, xoşbəxtliyə və rahatlığa işarədir. Yuxu sahibi arzuladığı həyatı yaşayacaq.

  • Göydən buğda, un və s. yağdığını görmək millətin böyük nemət əldə edəcəyindən xəbər verir.
  • Göy üzünün yerə endiyini görmək ədalətli bir rəhbərin hakimiyyətə gələcəyindən xəbər verir.
  • Yuxuda sevgili ilə göy üzünə baxdığını görən şəxs hazırda mübarizə apardığı çətinliklərdən qurtulacaq. Həyatında nailiyyətlər əldə edəcək.

Unutmayaq ki, yuxular suya danışılan zaman yozulmur. Yəni yuxuya önəm verməsəniz, düşünməsəniz və ya yozmasanız, həyatınız olduğu kimi davam edəcək...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »