Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video
Müəllimləri hədələyən qalmaqallı şagird barədə DİN-dən açıqlama - Video

Sosial şəbəkələrdə yayılan, sinif otağında müəllimə qarşı qeyri-etik hərəkətlərin yer aldığı görüntülərin Xətai rayonu 165 saylı məktəbdə lentə alındığı barədə məlumat almışıq.

Məktəbdən Bizimyol.info-ya verilən məlumata görə, həmin şagird əvvəllər də bu cür hərəkətlərə yol verib. Hətta məktəbdə siqaret, “patı” satmaqla məşğul olduğu deyilir. Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Validə Ağalarova Bizimyol-info-ya bildirib ki, bu barədə dəfələrlə polisə məlumat verilib. Həmçinin həmin şagirdin "dayım polisdə işləyir" deyə müəllimləri hədələdiyi də bildirilir.

Bizimyol.info məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb. O, Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, həmin şagird hazırda profilaktik uçotdadır və bütün zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Elşad Hacıyev Elşad Hacıyev

Qeyd edək ki, sözügedən videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə qoyur, müəllimin arxasında dayanaraq portretlərlə lağlağı edir. Eyni zamanda, sinif otağındakı stulların üzərində kriminal avtoritetlərdən birinin adı yazılıb və oğru dünyasına aid simvollar çəkilib.

Məktəbin rəhbər şəxsləri uşağın hərəkətlərindən boğaza yığılsalar da, heç nə edə bilmirlər, çünki qanun buna imkan vermir. Bu mənada polisin həmin uşağı uçota alması hələ problemin həlli demək deyil. Belə görünür ki, şagird uçotda olmadığı vaxtlarda etdiyi hərəkətləri uçot şəraitində də davam etdirir. Şagirdin Qubada yerləşən xüsusi məktəbə köçürülməsi isə müəyyən səbəblərdən ləngiyir. Ümid edək ki, DİN lazım olan sərt tədbirləri həyata keçirəcək.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »