Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zərərlə işləyən banklar: “Nə kredit bazarında, nə depozit bazarında önəmli yer tutmurlar”
Zərərlə işləyən banklar: “Nə kredit bazarında, nə depozit bazarında önəmli yer tutmurlar”

2021-ci ili zərərlə bitirən bankların adları açıqlanıb. Zərərlə işləyən banklar arasında Azərbaycandakı Pakistan Milli Bankı və “Bank Melli İran” var.

Məlumatda qeyd olunur ki, 2021-ci ili Pakistan bankı 407 min, İran bankı isə 2 milyon zərərlə bitirib.

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bundan öncəki hesabatlarda bir çox bankaların ziyanla işlədiyi məlum idi. Onun sözlərinə görə, son iki ildir ki, bank sistemində müəyyən dərəcədə sağlamlaşdırma tədbirləri görülür və bunun nəticəsidir ki, 2020-ci ildə 4 bank bağlandıqdan sonra zərərlə işləyən bankların sayı azaldı.

Natiq Cəfərli Natiq Cəfərli

“Bu gün cəmi iki bankın zərərlə işlədiyi məlumdur. Bunlar da İran və Pakistan banklarıdır. Bu bankların özlərinin spesifik xüsusiyyətləri var. Yəni, Azərbaycanın bank bazarında çox kiçik həcmə malikdir. Nə kredit bazarında, nə depozit bazarında önəmli yer tutmurlar. Onlar sadəcə iki ölkə arasında ticarət əlaqələrinin tənzimlənməsində iştirak edən banklardır. Bu səbəbdən də o bankların ziyanla işləsələr ölkədən gedəcəkləri gözləntiləri doğru deyil.

Onların ziyanla işləməsinin Azərbaycan bank sektoruna isə təsirləri yoxdur. Dediyim kimi əvvəllər daha çox bankda ziyanla işləmə var idi. Son iki ildə isə bu xeyli dərəcədə yaxşılaşdı. Bank sektorunda sağlamlaşma tədbirləri xeyli dərəcədə artırıldı”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »