Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"
"Sonuncu dalğanı da yola salıb koronavirus məsələsini bitirəcəyik"

Azərbaycanda sonuncu dəfə noyabrın ortalarında qeydə alınan yüksək yoluxma sayı yenidən təkrarlanıb. Yanvarın 25-nə olan məlumata görə, Azərbaycanda koronavirus infeksiyasına 2468 yeni yoluxma faktı qeydə alınıb, 5197 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 13 nəfər isə COVID-19-dan dünyasını dəyişib.

Digər tərəfdən isə 14 günlük karantin müddəti qısaldılaraq 7 günə edirilib. Yəni yanvarın 24-dən etibarən xəstəliyə yoluxmuş şəxslər sadəcə, 7 gün özünü təcrid etməlidir.

Yoluxmaların sayının artdığı vaxtda bu qərarın verilməsi nə ilə əlaqəlidir? Karantin müddətinin 7 günə endirilməsinin yoluxma sayına hərhansı bir təsiri ola bilərmi?

Müşfiq Hüseynov Müşfiq Hüseynov

Həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətininixract departamentinin direktoru Müşfiq Hüseynov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, bu qərarı düzgün hesab edir. Çünki bundan əvvəlki ştammlarda ağırlaşmalar 5-7-ci günlərdə başlayırdı və hardasa, 10-14 gün çəkirdi. İndi yayılan ştamm, yəni Omicron çox sürətlə yayılmasına baxmayaraq, çox gücsüzdür və uzağı 3-5 gün çəkir.

“Xəstəliyin 5-ci günündə artıq heç bir aləmət qalmır. Bu virus kütləvi şəkildə yayılır və insanlar adi qrip kimi keçirirlər. Bu xəstələrin adətən, bir gün boğazı ağrayır, bir gün islah gedir, bir gün də istiliyi olur. 4-cü gün isə heç bir əlamət olmur. Hətta bu şəxslərdə 5-ci gün test verdikdə mənfi çıxır.

Mart və aprel aylarına qədər sonuncu dalğanı da yola salıb bununla da koronavirus məsələsini bitirəcəyik. İyunun 1-dən bütün bu xəstəliklərin bitməsini gözləyirəm”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »