Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qruşko: Rusiyaya sanksiyalar tətbiq etmək real siyasətlə uzlaşmır
Qruşko: Rusiyaya sanksiyalar tətbiq etmək real siyasətlə uzlaşmır

"Qərb tərəfdaşları Rusiyanın Ukraynaya qarşı mövcud olmayan aqressiyasını uydurur, onların buna görə sanksiyalar tətbiq etməklə hədələmələrinin real siyasətlə heç bir əlaqəsi yoxdur. Bu siyasi səbatsızlıqdır".

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

"Rusiyanın Ukraynaya qarşı təcavüzü yalnız Qərbdəki tərəfdaşlarımızın alovlanmış şüurunda mövcuddur. Onlar istənilən sanksiyalarla çıxış edə bilərlər, lakin bu, real siyasət kateqoriyasına aid deyil", - deyə xarici işlər nazirinin müavini bildirib.

Qruşko həmçinin bildirib ki, Rusiya Federasiyası NATO-dan təhlükəsizlik zəmanəti ilə bağlı hələlik cavab almayıb. "Növbəti mərhələ onların cavablarını alacağımız zaman olacaq. Hələlik heç nə almamışıq", - o deyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, NATO bu həftə ABŞ-la paralel olaraq Rusiyanın təhlükəsizlik zəmanətləri üzrə saziş layihələrinə öz cavablarını göndərəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »