Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov özünü heç bir federal vəzifədə görmədiyini deyib
Kadırov özünü heç bir federal vəzifədə görmədiyini deyib

Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, onun Ukraynadakı hərəkətləri ilə bağlı bəyanatı onun şəxsi fikridir və özünü federal vəzifələrdə görmür.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

Kadırov ötən gün demişdi ki, Rusiya prezidenti olsaydı, Ukraynanı çoxdan alar, oraya qoşun yeridər və hər şeyi qaydasına salardı.

"Bu bəyanatı, bir daha deyirəm, mən bir blogger, adi bir vətəndaş kimi səsləndirmişəm. Mən həmişə demişəm və təkrar edirəm ki, özümü heç bir vəzifədə federal vəzifələrdə görmürəm - nə prezident, nə də nazir kimi. Mənim yerim buradadır, Çeçenistan Respublikasındadır və buradan heç yerə getməyəcəyəm”, - o yazıb.

Eyni zamanda, Kadırov qeyd edib ki, Rusiya Suriyadakı terror hadisəsində olduğu kimi, öz maraqlarını qorumalıdır.

“Əgər Ukraynada Amerikaya qarşı çıxa biləcək insanlar yoxdursa, biz onlara kömək etməliyik. Və bu mənim Çeçenistan Respublikasının rəhbəri kimi deyil, Ramzan Kadırov kimi bəyanatımdır”, - deyə qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »