Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qohumunu qətlə yetirən qadının məhkəməsi başlayır
Qohumunu qətlə yetirən qadının məhkəməsi başlayır

Astara rayonunda qohumunu qətlə yetirən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başlayır.

Bizimyol.info xəbər verir ki, cinayət işnin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxsin məhkəmə proses hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında Astara rayonunun Şəmətük kəndi ərazisində qeydə alınıb. 1994-cü il təvəllüdlü G. Ağayeva şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ərinin əmisi arvadı, 1961-ci il təvəllüdlü Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürüb. Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

G.Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, bir müddət əvvəl Mehparə Ağayevanın oğlu Famil Ağayev əmisi oğlu Musa Ağayevi, yəni Gülsevər Ağayevanın qaynını bıçaqlayaraq öldürüb.

Son xəbərlər
Bütün xəbərlər »