Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbul hava limanında etiraz dalğası yaşanıb
İstanbul hava limanında etiraz dalğası yaşanıb

Dünən axşam saatlarından Türkiyəyə yağan güclü qar İstanbulu əsir götürüb.

Bizimyol.info xəbər verir ki, yağan qar nəticəsində çoxlu maşın yolda qalıb, reyslər ləğv edilib, avtomobillərin şəhərə giriş-çıxışları bağlanıb. Bununla bərabər İstanbul Hava Limanı güclü qar yağmasından ən çox təsirlənən yerlərdən biri olub.

Saatlarla təyyarədə qapalı qalaraq çətinliklə hava limanına gətirilən sərnişinlərə, yatmaq üçün terminalda gözləyən sərnişinlərə kartonlar paylanıb.

Gecəni bu şəkildə keçirən sərnişinlər üsyan etməyə, şüarlar səsləndirməyə başlayıblar.

Qeyd edək ki, həmin anların şahidi olan şərnişinlər bu anları telefonla lentə alıblar və sosial şəbəkədə paylaşıblar. Hətta bəzi sərnişinlərin paylaşımlarının BBC kimi tanınmış media qurumlarının xəbərlərində və Böyük Britaniyanın Baş naziri Boris Consonun sosial şəbəkə postlarında yer alması diqqət çəkib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »