Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qardaş ölkədə “çörək imtahanı”
Qardaş ölkədə “çörək imtahanı”

İstanbulda yağan güclü qar və çovğundan sonra vətəndaşlar “çörəklə imtahana çəkiliblər”.

Bizimyol.info xəbər verir ki, İstanbulun Sultanqazi adlanan ərazisində çörək ala bilmək istəyən insanların ucsuz-bucaqsız növbəsi yaranıb. Şaxtalı havada çörək növbəsində duran insanların görüntüləri CHP sədrinin baş müşaviri Deniz Dəmir tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.

Bundan sonra həmin görüntüləri CHP İzmir Millət vəkili Tuncay Özkan da sosial media hesabında yayımlayıb və maraqlı şərh verib.

Paylaşımda bildirilir: "İnsanların qışda İstanbulda çörək növbəsi var. Saraydan soruşsanız varlıq növbəsi deyəcəklər. Bu nizam dəyişməlidir",-deyə qeyd edib.

Daha sonra isə İYİ Partiya Ümumi Başçı Köməkçisi Bahadır Ərdəm də görüntülərə görə çırh verib və bildirib ki, “soyuqda ucuz çörək üçün milləti bu vəziyyətə salırsınız! Ayıb olsun! Allahdan xəbər alın!".

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »