Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?
Dünya bazarında Azərbaycan nefti bahalaşır: Halımıza nə təsiri olacaq?

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Yanvarın 20-sinə olan nəticələrə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,93 ABŞ dolları və ya 2,1% artaraq 92,49 dollar təşkil edib. Ekspertlər artımın davam edəcəyini, hətta 100 dollara çata biləcəyini proqnozlaşdırırlar.

İqtisadçı Xətai Alıyev Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, dünya bazarında Azərbaycan neftinin qiymətinin qalxmasının ölkəmizə həm mənfi, həm də müsbət təsirləri var.

Xətai Alıyev Xətai Alıyev

“Dünya bazarında Azərbaycan neftinin qiymətinin qalxması təbii ki, ilk baxışda müsbət haldır. Birinci növbədə bu, ölkəyə valyutaların daxil olması deməkdir. Neft, Azərbaycan ixracınının hardasa 85-90 faizini təşkil edən məhsuldur və xüsusən xam neft şəklində satılır. Bu halda neftin qiymətindəki artım ölkənin ixracında artım deməkdir. Miqdar deyil də, məbləğ olaraq, valyuta faydasında artış deməkdir. Bu isə ölkəyə əlavə valyutaların daxil olması, ölkənin strateji valyuta ehtiyatlarının artımı, ölkənin beynəlxalq öhdəliklərini yerinə yetirmək imkanlarının yaxşılaşması, dövlət büdcəsinin gəlirlərinin artması deməkdir. Ən əsası isə hazırki vəziyyətdə ən ciddi amil, müzakirəyə səbəb olan ölkə valyutasının dəyərsizləşməsi, dəyər itirməsi ehtimalını azaldır. Neftin qiymətindəki artım ölkəyə valyuta daxil etdiyi, valyuta sahəsində artıma səbəb olduğu üçün xarici valyutanın təklifini də artırır. Bu isə ölkəyə daxil olan valyutaların ölkə daxilində müəyyən qədər manata çevrilməsi və yerli valyutanın dəyər itirməsi ehtimalıın azalması deməkdir. Düzdür, bizdə sabit məzənnə rejimidir və məzənnə Mərkəzi Bank tərəfindən tənzimlənir. Amma biz 2015-ci il təcrübəsindən bilirik ki, məcbur qaldıqda iki dəfə devalivasiyaya gedildi. Həmin vaxt məcbur qalmanın səbəbi isə ölkəyə valyuta daxil olmasının azalması, neftin qiymətinin kəskin düşməsi, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması idi. Bu səbəbdən də müəyyən vaxtdan sonra məcbur qalındı və devalivasiyaya gedildi.

Yaxın zamanlarda belə bir hadisənin yenidən baş verəcəyini düşünmürəm. Amma yenə də demək olmaz ki, heç vaxt ölkə devalivasiyaya getməyəcək, ölkə valyutası dəyər itirməyəcək və s.

İqtisadçının sözlərinə görə, neftin qiymətindəki artım heç də hər zaman müsbət hal demək deyil.

“Burada başqa məsələlər, amillər var ki, ölkə iqtisadiyyatına verəcəyi fayda dəyişir. Məsələn, neftin qiymətlərindəki artımlar hökümətlərin qeyri-neft sektorunun təşkili istiqamətlərində biraz daha rahatladır. Bu da işin mənfi tərəfidir.

Faydalı tərəflərlə birgə mənfi təsiri ola biləcək tərəflər də diqqətdən qaçmamalıdır”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »