Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: Bizi ruslardan fərqləndirən belarus dilimiz var
Lukaşenko: Bizi ruslardan fərqləndirən belarus dilimiz var

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarusun hər bir sakini belarus dilində danışa bilsin.

Bizimyol.info xəbər verir ki, Lukaşenko bu barədə “pool” telegram kanalına açıqlamasında deyib.

"Bizi başqalarından fərqləndirən belarus dilidir. Bunu unutmaq lazım deyil, hər bir belarusun öz dilini necə öyrənə biləcəyini düşünməliyik. Bizim rəsmi dilimiz rus dili ola bilər, amma bizi ruslardan fərqləndirən belarus dilimiz də var axı. Ona görə də biz onsuz da rus dilini belarus dilindən daha yaxşı bilirik. Amma doğma belarus dili tədris olunmalı, öyrədilməlidir, biz öz dilimizi unutmamalıyıq”, - deyə prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, hökümət “hər bir belarusun belarus dilində danışa bilməsini” təmin etməyə çalışacaq. Bu barədə dövlət başçısının mətbuat xidmətinə yaxın mənbələr məlumat veriblər.

Mövcud konstitusiyaya görə, Belarusun iki rəsmi dili var: rus və belarus dili.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »