Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Təcili yardım"dan çıxanlar hamını təəccübləndirdi
"Təcili yardım"dan çıxanlar hamını təəccübləndirdi

Milli İmmiqrasiya İnstitutu qruplarının və Milli Qvardiyanın Meksikanın Oaxaka əyalətində təhlükəsizlik yoxlaması aparmaq üçün federal magistral yolda saxladığı təcili yardım maşınının saxta olduğu ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatına Milli İmmiqrasiya İnstitutu məlumat verib.

Təcili yardım şəklində hazırlanmış mikroavtobusda 28 qaçaq immiqrant tutulub. Özünü tibb işçisi kimi təqdim edən 21 yaşlı mikroavtobus sürücüsü insan qaçaqmalçılığı ittihamı ilə saxlanılıb.

Meksika Milli Miqrasiya İnstitutundan edilən açıqlamada, 14-ü qadın və 9-u müşayiət olunmayan uşaq olmaqla, hamısı Nikaraqua vətəndaşı olan qeyri-qanuni mühacirlərin qanuni proseslər üçün nəzarət altında saxlandığı bildirilib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »