Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?
Rubl ağır günlərini yaşayır: Azərbaycana hansı təsirləri olacaq?

Yanvarın 24-də rubl 2020-ci ilin noyabrından bəri ən aşağı məzənnəni görüb. Dollar 79 rubldan baha satılmağa başlayıb. Avronun məzənnəsi 90 rubla yaxınlaşıb. Yanvarın 25-də də fərqli göstəricilər qeydə alınmır. Bir sözlə, rubl ağır günlərini yaşayır.

Rusiya Mərkəzi Bankı isə çıxış yolunu məhdudiyyətlərdə görür. Bu səbəbdən də ölkənin Mərkəzi Bankı uyğun qərar verib və Rusiyada dollar satışını dayandırıblar.

Rusiyada dollar satışının dayandırılması uzun müddət davam edə bilərmi? Azərbaycana hansısa formada təsiri olacaqmı?

İqtisadçı Natiq Cəfərli Bizimyol.info-nun saullarını cavablandıran zaman bildirib ki, bu, orada Rusiya rublunun kəskin dəyərdən düşməsini önləmək üçün müvəqqəti qərardır.

Natiq Cəfərli Natiq Cəfərli

“Bu daimi qərar deyil. Rusiya rublu kəskin dəyərdən düşdüyü üçün müvəqqəti dayandırdılar. Yəqin ki, bir müddətdən sonra bu açılacaq. Belə bir qadağanın daimi olması mümkün deyil. Bu qərarın uzun müddət çəkməsi Rusiya iqtisadiyyatına çox ciddi mənfi təsir göstərə bilər”.

İqtisadçı bunun Azərbaycana təsiri olub-olmayacağı ilə bağlı məsələlərə də aydınlıq gətirib və bildirib ki, bunun Azərbaycana hansısa ciddi təsirinin olacağını düşünmür.

“Çünki bizdə manatın məzənnəsinin dünya bazarında proseslərlə birbaşa əlaqəsi yoxdur. Bizdə məzənnə inzibati qaydada tənzimlənir, Rusiyada isə birjada müəyyənləşdirilir. Birjada isə çox kəskin hərəkətlilik olduğu üçün müvəqqəti belə bir qadağa qoyulub. Azərbaycanda isə məzənnə Mərkəzi Bank və hökumətin inzibati qərarı ilə tənzimlənir. Ona görə də bizə birbaşa ciddi təsirin olcağını düşünmürəm”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »