Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzi işbazlar üçün siqaret satdıqları şəxsin yaşı maraqlı deyil
Bəzi işbazlar üçün siqaret satdıqları şəxsin yaşı maraqlı deyil

Siqaretin insan sağlamlığı üçün təhlükəli olduğu onun qutusunun üzərində belə qeyd edilib. Xüsusilə uşaqların kiçik yaşlarından siqaretə alışması və sonradan bu vərdişi tərgidə bilməməsi, siqaret çəkən uşaqların sonradan narkotik vasitələrin aludəçisinə çevrilməsi halları müşahidə edilir. Elə bu səbəbdən də 2017-ci ildə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun 2017-ci ildə qəbul edilib. Məktəblilərin və 18 yaşına çatmayanların siqaret çəkməsinin qarşısının alınması üçün bu barədə qanunda qeyd edilib. Qanuna görə, yetkinlik yaşına çatmayan uşaqlara tütün məmulatları satılarkən şəxsiyyətini təsdiq edən sənəd tələb edilməlidir.

Son zamanlar paytaxt və bölgələrdə tütün məhsullarının yetkinlik yaşlarına çatmayan şəxslərə satılması hallarına rast gəlinir. Yəni bəzi işbazlar üçün siqaret satdıqları şəxsin yaşı maraqlı olmur. Bəzi valideynlər isə, uşaqlarını siqaret almağa göndərirlər. Amma qanun deyir ki, heç bir halda uşağa siqaret satılmamalıdır.

Hüquqşünas Fərid Həmidov Bizimyol.info saytına müsahibəsində bildirib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması 13-cü maddə də yer alıb. 13-cü maddəyə görə, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

Tütün məmulatlarının satan şəxs alıcının yetkinlik yaşına çatmasına şübhə etdikdə onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Alıcı sənədi təqdim etməkdən imtina etdiyi təqdirdə, tütün məmulatı satılmamalıdır.

Qeyd edək ki, yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.

Hüquqşünas həmçinin əlavə edib ki, hüquq mühafizə orqanı əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatları satılması halları ilə qarşılaşdıqları zaman müvafiq tədbirlər görülür.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə, 2021-ci il ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3422, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 270 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub. Tətbiq edilmiş cərimələr 133 min 140 manat təşkil edib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »