Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır
Almaniyada qalıb yaşamaq istəyənlər necə davranmalıdır

Heç bir statistikaya nəzər salmadan Almaniyanı əminliklə miqrantların ən çox üz tutduğu ölkə adlandırmaq olar. Asiyanın, Afrikanın ucqarlarından minlərlə insan Avropanın inkişaf etmiş ölkəsinə üz tutur. Onlar Almaniyaya çatmaq üçün həyatını hər cür risk qarşısında qoyur. Bəs burada yaşamaq istəyənlər necə davranmalıdır? Hansı vacib qaydalara, həyat prinsiplərinə əməl etmək lazımdır ki, Almaniyada duruş gətirə biləsən?

Bizimyol.info xəbər verir ki, Almaniya hökuməti gəlmələrin yerli şəraitə uyğunlaşması üçün bir çox addımlar atır. Müxtəlif kurslar, proqramlar həyata keçirilir. Miqrantların alman dili öyrənməsi üçün ciddi işlər görülür.

Almaniya mətbuatına danışan Anna Rusiyanın Çelyabinsk şəhərindən Kölnə 2012-ci ildə 17 yaşında gəlib. Onun firkincə, əvvəlcə vətənində alman dilini daha yaxşı öyrənmək, eyni zamanda bildiklərini çatdırmaq üçün xeyli cəsarətli olmaq lazım idi.

“Başlanğıc çox çətin keçdi. Mən danışmağa utanırdım. Qorxurdum ki, səhv edərəm. Sözləri səhvlərimi göstərməmək üçün yavaşdan deyirdim. Sonra anladım ki, düz etməmişəm. Hamı səni anlayacaq. Səhvə görə sənə heç kim gülməyəcək”.

Anna yalnız beş ildən sonra almanca sərbəst danışmağa başlayıb. Dostları isə daha əvvəl qazanıb. Rusiya və Ukrayna arasında daim gərginlik olsa da, onun dostlarından biri bu qonşu ölkədəndir.

“Bir alman qızla da dostluq edirəm. Rus musiqisini çox sevir. Mahnılardan sözlər soruşur, necə tələffüz edilməli olduğunu bilmək istəyir”.

Anna Almaniyaya gəlmək istəyənlərə məsləhət görür ki, yerli dili hələ vətəndə olanda öyrənsinlər. Bir də insanlarla ünsiyyətə girməyə, səmimi münasibət qurmağa çəkinməsinlər.

Yeva Latviyadan iki il əvvəl gəlib. Yaşı 40-ı ötmüş qadın almanca yaxşı danışır.

“Almanlar üçün həssas sayılacaq mövzularda zarafat etmirəm. Hələ də anlamıram ki, almanlar niyə belə soyuqdur. Mövzudan kənarda qalmamaq üçün axmaq televiziya şoularını izləyirəm. Almanlar kimi hər həftə maşınımı yuyuram. Amma yenə də bu cəmiyyətə tam uyğunlaşa bilməmişəm”.

Yeva qonşuları ilə yaxşı yola gedir. Vətən üçün çox darıxmır. Xeyli adamla ünsiyyətdə olur. Amma yenə həmişə nəsə çatmır.

“Neçə vaxtdır bura gəlmişəm. Bu müddət ərzində məni heç kim qucaqlamayıb. Çünki burada qəbulolunmazdır”.

Bir neçə il əvvəl Estoniyadan Ştutqarta gəlmiş Artyom da dil baryerini aşa bilməyib. O, özünə rusdillilər arasında daha çox dost axtarır.

“Hərdən təkcə qarabaşaq və ya kvas yox, lətifələr üçün də darıxırsan. Almanlar ingiliscə bilir, amma danışmağa həvəsli deyillər. Böyük şəhərlərdən uzaqlaşdıqca alman dilinə daha çox ehtiyac duyursan. Almaniyaya uzun müddət üçün gəlmisinizsə, onda yerli dili öyrənməyə məcbursunuz”.

Miqrantların tövsiyələri bir-birinə bənzəyir. Onlar deyir ki, Avropada həyatın çətinliklərini tam arxada qoyacağını düşünənlər yanılırlar. Burada keç kimi qayğısız həyat gözləmir. Çünki hər yerin öz çətinliyi var.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »