Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
Putinin milyonçu etdiyi qohumu üzə çıxıb

Rusiya prezidenti Vladimir Putin yaxınları haqda danışmağı xoşlamır. O, hətta qızlarının olmasını da etiraf etmir. Rusiya elitasında onun övladlarının hökumətdən öz layihələri üçün böyük dotasiyalar almasını bilməyən yoxdur.

Bizimyol.info xəbər verir ki, Putinin daha bir milyonçu qohumu üzə çıxıb. Daha doğrusu, həmin şəxs dövlət başçısının sayəsində böyük var-dövlətə qovuşub. Kemerov vilayətinin qubernatorunun həyat yoldaşı Anna Tsivilyeva dövlət başçısının əmisi oğlunun qızıdır. Sergey Tsivilyev dövlət qulluğuna keçəndə “Kolmar” kömür şirkətindəki payını arvadına ötürüb. Bu şirkət hökumətdən 11 milyard rubl (təxminən 150 milyon dollar) birbaşa dəstək alıb. Hələ güzəştli kreditlərdən danışmırıq. Qısası, Putin qohumuna böyük sərvət toplamağa şərait yaradıb.

Rusiyada müstəqil jurnalistlər müəyyənləşdirib ki, Tsivilyevanın qızlıq soyadı Putina olub. Onun Vladimir Putinlə birlikdə bağ evində şəkli də var. Foto keçən əsrin 80-ci illərində çəkilib. Şəkildə Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmilanı, Annanın valideynlərini də görmək mümkündür.

Rusiya liderinin əmisi oğlu Yevgeni Putinin qonşusu xatırlayır ki, “Vova” hakimiyyətə gələndə qohumun prezident seçilməsi barədə müzakirələri olub. Putin dövlətə rəhbərlik etməyə başlayandan sonra Anna Moskvaya köçüb, iqtisadiyyat təhsili alıb. 2007-ci ildə o vaxt “Lenekspoinvest”in rəhbəri olan Sergey Tsivilyevlə ailə həyatı qurub.

2012-ci ildə “Kolmar”da iş adamı Gennadi Timçenkonun 60 faizlik payını Putinin qohumları ələ keçirib. On il əvvəl şirkətin dəyəri 400 milyon dollar imiş.

2018-ci ildə Tsivilyeva regional məsləhət orqanının - sosial sahədə qəyyumluq üzrə şuranın rəhbəri təyin edilib. Annanın qardaşı Mixail “Qazprom”da müavin vəzifəsi daşıyır. Prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistləri əmin etməyə çalışıb ki, Putin onunla faktiki ünsiyyətdə olmur.

Tsivilyevanın rəhbərlik etdiyi “Kolmar” heç bir vergi ödəmir. 2019-cu ildə Annaya əri “Kuzbassa xidmətə görə” medalını təqdim edib.

Jurnalist Mixail Rubin Anna Tsivilyevanın telefon nömrəsini taparaq ona zəng vurub. Putinin qohumu hər hansı suala cavab verməkdən boyun qaçırıb.

Aytən, Bizimyol.info

Paylaş »
››› "Sui-qəsddən sonra daha çox təcrid olunub" - Hakimiyyət dəyişikliyi gözlənilir
››› Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
››› Türkiyə siyasətçisindən obrazlı etiraflar
››› “Azov”un əsirlikdə olan komandirindən xəbər var: "Özü haqqında danışdı və əlaqə kəsildi"
››› Putinin yaxın adamı istintaqda hökumət üzvlərini "satıb"
››› İcra başçısı əlili məhkəməyə verib: "Yanğın olsa, otur evdə, FHN gəlib səni qurtarar"
››› "Hər gülləni izləyirlər" - NATO-nun Ukraynaya yardım mərkəzi necə işləyir
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »