Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərə Ali Məhkəməsi Assanjla bağlı qərar verib
İngiltərə Ali Məhkəməsi Assanjla bağlı qərar verib

İngiltərədə Ali Məhkəmə "WikiLeaks"in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiya oluna biləcəyi qərarından apellyasiya şikayəti verə biləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, ABŞ hakerlik və casusluq da daxil olmaqla 18 ittihamla mühakimə etdiyi, London kənarındakı Belmarş həbsxanasında saxlanılan Assanjı  Böyük Britaniyadan ekstradisiya edilməsini istəyib.

Assanjın ekstradisiya ediləcəyi təqdirdə 175 ilə qədər həbs cəzası ala biləcəyi gözlənilir. Tərəfdarları və vəkilləri onun jurnalist olduğunu, ittihamların siyasi motivli olduğunu, onun psixi sağlamlığının risk altında olduğunu, ABŞ həbsxanalarındakı şəraitin Böyük Britaniyanın insan hüquqları qanunlarına uyğun olmadığını bildirirlər.

Mətbuat qurumları Assanjın dərc etdiyi yazılara görə məhkəmənin pis nümunə olacağını və bundan sonra ABŞ-ın istənilən jurnalisti casusluq ittihamı ilə mühakimə edə biləcəyini vurğulayır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »