Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" ASC-nin göstərdiyi xidmətlər 5 ulduz aldı - Video
"Azərişıq" ASC-nin göstərdiyi xidmətlər 5 ulduz aldı - Video

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığı həyata keçirilir.

Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2020-2021-ci illər ərzində Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidmət qiymətləndirilir.

Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN Xidmət indeksi" üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirmişdir. Görüş zamanı 2021-ci ildə "Azərişıq" ASC kommunal xidmətlər göstərən qurumlar arasında ən yüksək nəticə göstərərək 83,61%-lə birinci yerə layiq görülmüşdür.

Nəticələrdə 2020-ci ildə Səhmdar Cəmiyyətin göstərdiyi kommunal xidmətlər 45,31% qeyd olunmuşdur. Bu isə, qiymətləndirmə meyarlarına görə 3 ulduzla dəyərləndirilir. Builki göstəriciyə görə isə, "Azərişıq" ASC-nin göstərdiyi xidmətlər 5 ulduza layiq görülüb.

Qeyd edək ki, builki qiymətləndirmədə kommunal xidmətlər göstərən "Azərsu" ASC 77,43%-lə 4 ulduza, "Azəristiliktəchizat" ASC 36,88%-lə 2 ulduza, "Azəriqaz" İB-də 22,10%-lə 2 ulduza layiq görülmüşdür.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »