Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO: Minlərlə əsgərə "hazır ol" əmri verdik
NATO: Minlərlə əsgərə "hazır ol" əmri verdik

Qərb dünyasının, xüsusilə ABŞ və İngiltərənin “Rusiya Ukraynanı işğal etməyə hazırlaşır” iddiaları davam edərkən, NATO Şərqi Avropada hərbi gücləin artırılması ilə bağlı bəyanat verib.

Bizimyol.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq minlərlə əsgərə "hazır olmaq" əmrini verdiklərini bildirib.

Minlərlə əsgərə "hazır ol" əmri verdiklərini deyən Stoltenberq, NATO müttəfiqlərinin daha çox gəmi və döyüş təyyarəsi göndərəcəyini bildirib: "NATO bütün müttəfiqlərini qorumaq və müdafiə etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək, o cümlədən alyansın şərq hissəsini gücləndirəcək", - deyən NATO-nun baş katibi əlavə qüvvələr göndərdiklərinə görə təşkilatın üzv dövlətlərinə təşəkkür edib.

"Müttəfiqlər NATO-nun Şərqi Avropadakı yerləşdirmələrinə əlavə gəmilər və döyüş təyyarələri göndərir. Bu, Rusiya Ukrayna ətrafında hərbi gərginliyin davam etdirdiyi bir vaxtda Müttəfiqlərin müdafiəsini gücləndirir", - deyə NATO-dan verilən yazılı açıqlamada bildirilir.

Açıqlamaya görə; Danimarka NATO-nun regionda uzun müddət davam edən hava polisi missiyasını dəstəkləmək üçün Baltik dənizinə bir freqat, Litvaya isə 4 "F-16" döyüş təyyarəsi yerləşdirəcək.

İspaniya NATO dəniz qüvvələrinə dəstək üçün döyüş gəmiləri göndərəcək və Bolqarıstana qırıcı təyyarələr yerləşdirəcək. Fransa NATO komandanlığı altında Rumıniyaya qoşun yeridəcək. Hollandiya NATO-nun bölgədəki hava polisi fəaliyyətlərini dəstəkləmək üçün aprel ayından etibarən Bolqarıstana 2 ədəd "F-35" döyüş təyyarəsi göndərəcək.

Bəyanatda həmçinin qeyd olunub ki, Birləşmiş Ştatlar Alyansın şərq hissəsində hərbi mövcudluğunu artırmaq niyyətində olduğunu açıq şəkildə bəyan edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »