Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dan müharibə həmləsi: diplomatlara “ölkədən qaçın” xəbərdarlığı
ABŞ-dan müharibə həmləsi: diplomatlara “ölkədən qaçın” xəbərdarlığı

Rusiya-Ukrayna cəbhəsində gərginlik günü-gündən artdığı bir vaxtda, ABŞ Dövlət Departamentindən diqqətçəkən qərar gəlib.

Bizimyol.info xəbər verir ki, ABŞ Dövlət Departamenti ABŞ-ın Kiyevdəki səfirliyində çalışan diplomatların ailələrindən “Rusiyanın müdaxilə riski” səbəbindən ölkəni tərk etməyi xahiş edib. New York Times-a danışan Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi səfirliyin hələ də açıq qalacağını, bəzi diplomatlara isə ölkədən qaçmaq üçün yaşıl işıq yandırılacağını bildirib.

Digər tərəfdən, ABŞ Dövlət Departamenti rəsmi internet saytındakı “səyahət xəbərdarlığı” bölməsində Rusiyanın hərbi müdaxiləsi riski səbəbindən Ukraynaya səfərləri dördüncü səviyyəyə yüksəldib.

Rusiya-Ukrayna sərhədində 100 minə yaxın əsgərin yerləşdiyini yazan qəzetə açıqlama verən ABŞ Dövlət Departamenti rəsmiləri, "Rusiya Ukraynaya təcavüz edərsə, ABŞ öz vətəndaşlarını təxliyyə etməyəcək vəziyyətdə ola bilər"- deyə bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »