Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video

Hip-hop musiqinin tanınmış siması Snopp Dogg azərbaycanlı rejissor

Zəki Bağırov Zəki Bağırov

un videosunu öz Instagram səhifəsində paylaşıb. Paylaşım 1,2 milyondan çox bəyənmə, milyonlarla baxış və 24 mindən çox şərh alıb.

Bizimyol.info Snopp Dogg-un paylaşımını təqdim edir:

Rejissor Zəki Bağırov gənc olmasına baxmayaraq bir çox filmlərə imza atıb. Filmləri ilə insanların duyğularına toxunmağı bacaran rejissor müsahibələrinin birində qeyd edir ki, son dövrlər komediya janrında filmlər çoxdur. Amma o, filmləri ilə fərqlənməyi düşünür.

Yerli məşhur müğənnilər üçün kliplər, müxtəlif brendlərə aid reklamlar və fərqli mövzularda sosial çarxlar da çəkən rejissor, xüsusilə gənc aktyor və aktrisalarla çalışmağı sevir. Gəncləri səhnədə izləyir, istedadlı olanlarına öz imkanlarıyla dəstək olmağa çalışır.

“Bəzi aktyorlar çəkiliş meydançasına gəlir rolu oynayıb çıxır, bəziləri isə o rolu yaşayır. Hətta elə aktyor olur ki, bir neçə gün yaratdığı obrazın təsirindən çıxa bilmir” - deyən rejissor bildirir ki, bir aktyoru filmə dəvət edəndə onu o obrazda təsəvvür edir, onun xarakterinə uyğun olub-olmadığna qərar verib filmə dəvət edir.

Xatırladaq ki, Zəki Bağırov Bizimyol.info saytının “Dayan və Dəyiş” layihəsi çərçivəsində çəkilən eyni adlı sosial çarxın da rejissorudur.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »