Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrikalı təyyarənin təkər hissəsində Hollandiyaya uçub
Afrikalı təyyarənin təkər hissəsində Hollandiyaya uçub

Dünən Afrikanın cənubundan "Amsterdam Şifol" hava limanına uçan yük laynerinin eniş bölməsində "gizlənmiş adam" tapılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə BBC məlumat verib.

Qeyd olunur ki, bu şəkildə pulsuz uçmağa çalışanlar çox vaxt sağ qalmırlar. Müasir təyyarələrin uçduğu hündürlükdə havanın temperaturu ümumiyyətlə mənfi əlli dərəcədir və həmin yüksəklikdə oksigen çox azdır. Eniş qurğuları olan hissə isə kabindən fərqli olaraq hermetik deyil.

Hollandiyanın birləşmiş polis və sərhəd mühafizə xidmətinin sözçüsü Joanna Helmonds: “Kişi təyyarənin burun dişli hissəsində hərəkətsiz vəziyyətdə tapılıb və xəstəxanaya göndərilib. Onun səhhətində problem yaranıb”, - deyə bildirib.

“Onun belə soyuqda və belə hündürlükdə sağ qalması son dərəcə qeyri-adidir. Çox, çox qeyri-adi! – deyə Helmonds əlavə edib

Bu şanslı adam, polisin və mətbuatın fərziyyələrinə görə, Yohannesburqdan və ya Nayrobidən Hollandiyaya uçub. Bildirilir ki, Yohannesburqdan Şifola uçuş təxminən 11 saat davam edir.

Tapılan şəxsin yaşı və milliyyəti barədə hələlik məlumat verilmir.

"Cargolux Italia"nın sözçüsü onların yük təyyarəsinin göyərtəsində naməlum şəxsin tapıldığını təsdiqləyib, lakin şirkətin əvvəlcə öz araşdırması aparmalı olduğunu əsas gətirərək əlavə şərh verməkdən imtina edib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »