Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Rusiyanın Avropaya qaz tədarükünü dayandıracağından qorxur
Britaniya Rusiyanın Avropaya qaz tədarükünü dayandıracağından qorxur

Britaniya hakimiyyəti qorxur ki, Rusiyaya qarşı sərt iqtisadi sanksiyaların tətbiqi Moskvanı cavab tədbirləri görməyə təhrik edəcək. O cümlədən regionda enerji böhranı təhlükəsi yaradan Avropaya qaz tədarükünü kəsəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Times" qəzeti Krallığın Nazirlər Kabinetindəki mənbələrinə istinadən məlumat yayıb.

Onların fikrincə, Britaniya hökumətinin yüksək rütbəli üzvləri hesab edirlər ki, Moskva Qərbin sanksiyaları tətbiq edəcəyi təqdirdə kontinental Avropa ölkələrinin Rusiya Federasiyasından enerji asılılığından “silah kimi istifadə edə” və "Köhnə Dünya" dövlətlərinə mavi yanacaq təchizatını kəskin şəkildə azalda bilər. Qeyd olunur ki, bu cür hərəkətlər Avropanın bir çox yerlərində enerji sahəsində onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirə bilər.

Eyni zamanda, Böyük Britaniyanın özü ölkədəki payı cəmi 3% olan Rusiya qazının tədarükünün mümkün azalmasına görə deyil, belə bir ssenari üzrə xammal qiymətlərinin qaçılmaz artımına görə daha çox zərər çəkəcəyini güman edir. Hazırda Böyük Britaniya bazarına daxil olan qazın demək olar ki, yarısı Britaniyanın Şimal dənizi şelfindən gəlir. Ölkəyə mavi yanacağın ən böyük ixracatçısı Norveçdir. Eyni zamanda, idxalın 15%-dən bir qədər çoxunu mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü tutur ki, bunun da əksəriyyəti Qətər, ABŞ və Rusiya Federasiyası tərəfindən həyata keçirilir.

Britaniya hökuməti bu fikirdədir ki, Moskvanın enerji bazarında mümkün hərəkətləri halında Avropaya davamlı LNG tədarükünə qoyulan etimal özünü doğrultmaya bilər, çünki bu, sonda mavi yanacağın qiymətinin sürətlə artmasına gətirib çıxaracaq. Mütəxəssislərin fikrincə, bu şəraitdə maye qazı olan tankerlər yükləri sövdələşmə zamanı ən sərfəli qiymət təklif edən ölkələrə çatdıracaqlar. Bu da avropalı istehlakçılar üçün artan Asiya bazarı ilə rəqabət deməkdir.

Beləliklə, belə qənaətə gəlinir ki, məhdudiyyətlərin təsirini təkcə Rusiya qazından ənənəvi asılı olan Almaniya və Finlandiya deyil, həm də son aylarda artıq ciddi enerji böhranı ilə üzləşmiş Böyük Britaniya da hiss edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »