Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran BMT-də səsvermə hüququnu bərpa edib
İran BMT-də səsvermə hüququnu bərpa edib

İran BMT Baş Assambleyasında səsvermə hüququnu bərpa edib.

"Report" xəbər verir ki,bunu İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Rəvançi bildirib.

Cənubi Koreya Xarici İşlər Nazirliyi İranın 18 milyon dollar üzvlük haqqının Koreyadakı dondurulmuş hesablarından ödənildiyini təsdiqləyib. Sabahdan səsvermə hüququ bərpa olunacaq.

İki il əvvəl İran təşkilata borclarına görə BMT Baş Assambleyasında səsvermə hüququnu itirib. Səsvermə hüququnu bərpa etmək üçün İran 18,4 milyon dollar yardım etməli idi.

Qeyd edək ki, Tehran ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə təşkilata rüsum ödəyir.

Son xəbərlər
Bütün xəbərlər »