Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
CNN: ABŞ səfirliyi işçilərini Ukraynadan təxliyə etmək istəyir
CNN: ABŞ səfirliyi işçilərini Ukraynadan təxliyə etmək istəyir

ABŞ-ın Kiyevdəki səfirliyi ABŞ Dövlət Departamentinə bütün qeyri-vacib işçilərin və onların ailələrinin ölkəni tərk etməsi tələbi ilə müraciət edib.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən CNN məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü telekanala verdiyi şərhdə bildirib ki, onların indi elan edəcək heç bir şeyləri yoxdur: “Biz həmişə olduğu kimi, təhlükəsizliklə bağlı vəziyyətin pisləşəcəyi təqdirdə təfərrüatlı fövqəladə halların planlaşdırılmasını həyata keçiririk”, - deyən səfirliyin sözçüsü şərh verməkdən imtina edib.

Ukrayna hökumətinə yaxın mənbə CNN-ə bildirib ki, ABŞ Ukraynanı diplomatların ailələrinin “gələn həftə ehtimal olunan təxliyəsi” barədə məlumatlandırıb.

Həmsöhbətin sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenski bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə danışıb və evakuasiyanı “tələskən reaksiya” adlandırıb.

Dövlət Departamentinin sözçüsü departamentin şəxsi müzakirələrə münasibət bildirməyəcəyini deyib və əlavə edib ki, əcnəbi işçilərlə bağlı qərarlar amerikalıların təhlükəsizliyi və müdafiəsi əsasında verilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »