Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusyalı qadın öz mənzilində 120 it saxlayıb - Video
Rusyalı qadın öz mənzilində 120 it saxlayıb - Video

Samara vilayətinin Toliatti sakini tərk edilmiş itlərə qulluq edərək evdə 120 it yerləşdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "REN TV" sakinlərə istinadən xəbər verib.

Daim evdən gələn it hürüşməsinə, səs-küyə və kəskin qoxuya görə qonşular dəfələrlə heyvansevərdən şikayət ediblər.

Versiyalardan birinə görə, çox it götürən qadının psixi problemləri olub.

Problemli mənzilə gələn heyvan haqları müdafiəçiləri döşəmə cır-cındırını çeynəməyə çalışan ac heyvanları görüblər. Onlar heyvanların belə şəraitdə saxlanmasının dözülməz olduğunu bildirərək itlərin köçürülməsini tələb ediblər.

Bəzi itlər artıq sahiblərinə verilib. İndi Toliatti fəalları kömək istəyir və itlər üçün yeni sahiblər axtarırlar.

Bundan əvvəl Arxangelsk vilayətinin heyvan hüquqları müdafiəçiləri heyvanların vəziyyətin pis olan sığınacaqlarda saxlanılmasına qarşı mübarizə apardıqlarını bildiririblər. Sığınacaq müdiri Nadejda Vakulçik öz növbəsində jurnalistlərə bildirib ki, artıq itlər normal qidalanır və onlara lazımi qulluq göstərilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »