Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSX-nın hərbi qulluqçusu intihar edib
DSX-nın hərbi qulluqçusu intihar edib

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib.

Bizimyol.info xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilir ki, yanvarın 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin ötən ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilib.

Saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxıb və özünü yerə ataraq intihar edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »