Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.
Bizimyol.info xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən məlumata görə, söhbət erməni tərəfinin təşəbbüsü ilə baş tutub.
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hazırkı sədrliyi nəzərə alınaraq, KTMT çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib”, - məlumatda deyilir.
Rusiya Federasiyasının prezidenti və Ermənistanın baş naziri Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarında təsbit olunmuş razılaşmaları müzakirə ediblər. Söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
“Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib”, - deyə məlumatda deyilir.
Kremldən əlavə edilib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) vasitəsilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.
Bizimyol.info