Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Avropanın qaz təchizatı ilə bağlı Qətərlə danışıqlar aparacaq
ABŞ Avropanın qaz təchizatı ilə bağlı Qətərlə danışıqlar aparacaq

Amerika rəsmiləri Rusiyanın Ukraynaya müdaxiləsi qitədə qıtlığa səbəb olacağı təqdirdə Avropa ölkələrini mayeləşdirilmiş təbii qazla (LNG) təmin etmək üçün Qətərlə danışıqlar aparır.

Bizimyol.info xəbər verir ki, "Bloomberg"in verdiyi məlumata görə, prezident Co Bayden Körfəz dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tanidən, ehtimal ki, bu ayın sonunda Ağ Evə səfər etməyi xahiş etməyi planlaşdırır. Bayden və Şeyx Təmim arasında görüş bir müddətdir ki, mqzakirə olunur.

ABŞ Rusiyanın 2014-cü ildə qismən işğal etdiyi ölkəyə yeni hərbi hücum ehtimalından narahatdır, Moskva isə Ukraynaya hücum planlarını inkar edir.

Avropa İttifaqı qaz tədarükünün təxminən üçdə birində Rusiyadan asılıdır və ABŞ münaqişə ilə bağlı sanksiyalarının qarşısında Moskvanın bu təchizatı dayandıra biləcəyindən narahatdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »